EN

Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib  

Avqustun 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmçinin, polis əməkdaşlarının avqustun 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Chosen
94
23
azerbaijan-news.az

10Sources