EN

Sabah Bakının bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Avqust 24-də saat 07:00-dan saat 22:00-dək Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində (Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Xutor tuneli istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti aparılacaq təmir işləri ilə əlaqədar tam məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, sabah 07:00-dan saat 22:00-dək paytaxtın Ziya Bünyadov prospektində (Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Chosen
83
42
sia.az

10Sources