EN

Paşinyan: “Qarabağ hərəkatı Ermənistana təhdiddir”

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz Telegram-kanalında belə paylaşım edib. “Cənubi Qafqaz regionunda sülh bərqərar olub və bu, bizim gündəlik qayğımızın mövzusu olmalı, həm də institusional əsas əldə etməlidir. 2025-ci ilin avqustu Ermənistan Respublikası üçün dinc və firavan həyatın başlanğıc nöqtəsi oldu. Bu hadisə münasibətilə hamımızı təbrik edirəm”, - Nikol Paşinyan bildirib. Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsini də xatırladan baş nazir vurğulayıb ki, bu, “əslində onun qəbul olunduğu zaman ölkədə fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv hisslərini ifadə edirdi”. Onun sözlərinə görə, sənədin əsas ideoloji müddəaları bir-birinə zidd idi və “Sovet İttifaqının 1950-ci illərdən başlayaraq tədricən, lakin ardıcıl şəkildə aşıladığı” vətənpərvərlik modelini əks etdirirdi. Belə sosial psixologiya müstəqil Ermənistan dövlətinin mövcudluğunu mümkünsüz edib. - Biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir. Bu baxımdan, ən düzgün olan indiki hökumətin strategiyasıdır. Onun əsasında Azərbaycanla sülh və Türkiyə ilə dialoq mümkün olub”, - Nikol Paşinayn vurğulayıb. Sahil İsgəndərov

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
azvision.az

2Sources