EN

Binə qəsəbəsində evdən pul oğurlayan şəxs tutuldu

BAKI, 23 avqust. TELEQRAF

Avqustun 21-də naməlum şəxs gecə saatlarında paytaxtın Xəzər rayonunda Binə qəsəbə akininin evinin pəncərəsini qıraraq içəri daxil olub və 7000 manat pul oğurlayıb.

Teleqraf xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı X.Vüqaroğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
66
teleqraf.com

1Sources