EN

Paşinyan: 2025 ci ilin avqustu Ermənistan üçün yeni dinc həyatın başlanğıcı oldu

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"2025-ci ilin avqustu Ermənistan üçün yeni dinc və firavan həyatın başlanğıcı oldu".

Oxu.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan öz "Telegram" kanalında yazıb.

"Cənubi Qafqaz regionunda sülh bərqərar olunub və o, bizim gündəlik qayğımız olmalı, həmçinin institusional əsas əldə etməlidir. 2025-ci ilin avqustu Ermənistan Respublikası üçün dinc və firavan həyatın başlanğıc nöqtəsi oldu. Bu hadisə münasibətilə hamını təbrik edirəm", - deyə baş nazir vurğulayıb.

Paşinyan habelə bəyan edib ki, Ermənistanın 1990-cı ildə qəbul edilmiş müstəqillik bəyannaməsi həmin dövrdə ölkədə fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv əhvalını ifadə edib:

"Bu, bəyannamənin əsas ideoloji müddəalarının ziddiyyətli olması Sovet İttifaqının 1950-ci illərdən tədricən, lakin ardıcıl olaraq bizə aşıladığı kollektiv vətənpərvərlik modelini ifadə etdiyi üçün baş verdi".

Onun sözlərinə görə, bu şəkildə formalaşan sosial psixologiya müstəqil Ermənistan dövlətinin mövcudluğunu mümkünsüz etmək məqsədini güdüb. O, Ermənistan və Azərbaycan arasında sülhün, habelə Türkiyə ilə dialoqun mümkünlüyü reallığında hazırkı hökumət strategiyasının ən düzgün yol olduğunu qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
18
oxu.az

10Sources