EN

Brüssel təzyiq edir, Tbilisi boyun əymir

Bakı. Trend:

Gürcüstan minilliklər boyu sadəcə bir ərazi yox, sivilizasiyalardəhlizi olub. Avropadan Asiyaya, Qara dənizdən Xəzərə gedən ticarətyolları məhz buradan keçib. Elə buna görə də Tbilisiyə nəzarətuğrunda mübarizə heç vaxt yalnız regional siyasətin çərçivəsindəqalmayıb. XIX əsrdə Rusiya imperiyası Gürcüstanı "Qafqaza açar"sayırdı. XX əsrdə SSRİ onu həm sənaye, həm də mədəniyyət mərkəzinəçevirdi, amma eyni zamanda sərt mərkəzləşmənin obyektinə də. XXIəsrdə isə Gürcüstan yenidən diqqət mərkəzinə düşüb - bu dəfə ABŞ,Avropa İttifaqı, Rusiya, Türkiyə və Çin rəqabətinin aləti kimi.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2024-cü ildəGürcüstan iqtisadiyyatı 5,5 faiz böyüyüb, turizm isə ölkəyətəxminən 3,3 milyard dollar qazandırıb. Amma eyni vaxtda xariciborcun həcmi də artaraq 20 milyard dolları keçib, bu isə ÜDM-in 85faizi deməkdir. Nəticədə paradoks yaranır: ölkə inkişaf edir, ammaxarici kapital və kreditorlardan iqtisadi asılılıqdan qurtulabilmir.

2014-cü ildən, Avropa İttifaqı ilə Assosiasiya Sazişiimzalandıqdan sonra Gürcüstan Avropaya inteqrasiya kursunu seçdi.Bir tərəfdən, bu konkret nəticələr gətirdi: Aİ ilə azad ticarətzonası ölkəyə 450 milyonluq bazara çıxış verdi, şərab və kəndtəsərrüfatı məhsullarının ixracı 40 faiz artdı. Digər tərəfdən,NATO və Aİ üzvlüyünə yol çox daha çətin oldu. Brüssel son illər"gözləmə strategiyası" tətbiq edir - formal olaraq GürcüstanınAvroatlantik kursunu dəstəkləsə də, üzvlük məsələsini təxirə salır,Rusiyanı qıcıqlandırmaqdan çəkinir.

Beləliklə, "əbədi gözləmə otağı" situasiyası yaranır: Gürcüstanqismən Qərb strukturlarına inteqrasiya olunub, amma təhlükəsizlikzəmanətləri ala bilmir. Bu isə daxildə parçalanmanı gücləndirir:cəmiyyətin bir hissəsi Aİ-ni yeganə şans görür, digər hissəsi isəQərbin Tbilisini real öhdəliklər olmadan sadəcə bufer kimi istifadəetdiyini düşünür.

2008-ci il müharibəsindən və Moskvanın Abxaziya ilə CənubiOsetiyanın "müstəqilliyi"ni tanımasından sonra Rusiya faktikiolaraq Gürcüstan ərazisinin 20 faizində hərbi mövcudluğunurəsmiləşdirdi. Hazırda orada 10 minə yaxın rus əsgəri, yüzlərləzirehli texnika və strateji rabitə infrastrukturu yerləşdirilib.Bu, daimi təzyiq amili yaradır: Moskva istənilən anda hərbi alətiişə salaraq Tbilisinin siyasi manevrlərini bloklaya bilər.

Enerji amili də həssas olaraq qalır. Şaxələndirməyə baxmayaraq,Gürcüstan hələ də qazın 15 faizini Rusiyadan idxal edir (bu da"Qazprom-Export" vasitəsilə həyata keçirilir). Qalan hissə isəAzərbaycandan gəlir ki, bu da Bakını açar müttəfiqə çevirir. CənubiQafqaz boru kəməri (SCP), Bakı–Tbilisi–Ceyhan magistralı (BTC) vəBakı–Tbilisi–Qars dəmir yolu Gürcüstanı sadəcə tranzit ölkəsi yox,həm də Avropaya gedən Azərbaycan neft və qazının 8 faizindənçoxunun daşındığı enerji qovşağına çevirir.

Burada ABŞ amili işə düşür. 1992-ci ildən Vaşinqton Gürcüstanıninkişafına 4 milyard dollardan çox sərmayə qoyub. Amerikatəlimatçıları gürcü hərbçilərinə dərs keçir, birgə təlim mərkəzləriyaradılır. Fəqət paradoks ondadır ki, ABŞ Gürcüstana nə qədər fəaldəstək versə, daxildə qütbləşmə bir o qədər artır.

Kaxa Kaladzenin "dərin dövlət" ifadəsi sadəcə ritorika deyil.Biz görürük ki, QHT-lər, qrant strukturları və şəbəkə mediadanibarət paralel siyasi məkan formalaşdırılır. Təkcə 2023-cü ildəGürcüstanda QHT-lərin xarici maliyyələşməsi 25 milyon dollardan çoxolub, bunun yarısı isə Aİ və ABŞ-dan gəlib. Formal olaraq bu,demokratiyaya dəstəkdir, amma əslində Qərbin xəttindən yayınanhökumətə qarşı təzyiq aləti rolunu oynayır.

Gürcüstandakı sosial parçalanmalar xarici müdaxilə üçün münbitzəmin yaradır. Caucasus Barometer-in sorğusuna görə, əhalinin 59faizi Aİ-yə inteqrasiyanı dəstəkləyir, amma cəmi 27 faizi hökumətəetibar edir. Tbilisidə gənclər daha çox avropayönümlü, kəndrayonlarında isə əhval-ruhiyyə daha skeptikdir. Bu ziddiyyətseçkilərdə kəskin elektorat bölgüsü şəklində üzə çıxır, küçələrdəisə kütləvi etirazlara səbəb olur və onlar getdikcə təzyiqin daimialətinə çevrilir.

Burada əsas ekzsistensial suala yaxınlaşırıq: böyük güclərin özqaydaları ilə oynadığı dünyada kiçik dövlətlər necə suveren qalabilər?

İkinci Dünya müharibəsindən sonra Finlandiya "finlandlaşma"modelini qurdu - Qərb və SSRİ arasında balans saxladı,neytrallığını qorudu, amma eyni zamanda iqtisadiyyatını vədemokratiyasını inkişaf etdirdi. XX əsrdə kiçik bir ada dövlətiolan Sinqapur iqtisadi praqmatizmə və hərbi muxtariyyətə üstünlükverdi. İsrail isə düşmən mühitlə əhatələnmiş vəziyyətdə özhərbi-sənaye kompleksini quraraq "regional supergüc"ə çevrildi.

Gürcüstan üçün bütün bu modellər müxtəlif ssenarilərdir. Sualbudur: ölkənin elitası sərt və soyuq başlı seçim etməyə hazırdırmı,yoxsa siyasi sinif hələ də Vaşinqton, Brüssel və Moskva arasındatərəddüd edərək xarici güclərə gündəmi diktə etməyə imkanverəcək?

Gürcü perspektivində avrointeqrasiya sadəcə Şərq və Qərbarasında seçim deyil. Bu, dövlətlərin birliyinə formal aidiyyətləöz taleyini müstəqil müəyyən etmək hüququ arasında fəlsəfidilemmanın ifadəsidir.

2022-ci ildə Gürcüstanın Rusiyaya qarşı hərbi münaqişəyəqoşulmaması ehtiyatlılıqdan çox, dövlətçilik yetkinliyiningöstəricisi idi. Brüsseli qəzəbləndirən bu qərar anlayışdan doğurduki, milli təhlükəsizlik, sosial sabitlik və iqtisadi inkişaf kənarstrateji maraqlara qurban verilə bilməz. Baş nazir İrakli Kobaxidzehəmin vaxt Aİ-nin "misilsiz şantajından" açıq danışdı və bu tezissonrakı aylarda Avropa tərəfdaşlarının atdığı addımlarlatəsdiqləndi.

Polşanın gürcü vətəndaşlarının əmək bazarına çıxışınıməhdudlaşdırması bunun ən bariz nümunəsi oldu. Burada söhbəttexniki tənzimləmədən yox, siyasi təzyiq alətindən gedir. Paradoksisə açıqdır: Varşava ilə münasibətləri daha da gərgin olan Belarusvətəndaşları hələ də sadələşdirilmiş prosedurlardan yararlanır,gürcülərin qarşısına isə qapılar bağlanır. Bu, beynəlxalqmünasibətlərdə "simvolik cəza" mexanizmi kimi oxuna bilər - hədəfkonkret rejim yox, müstəqil qərar verməyə çalışan cəmiyyətdir.

Amma bu tədbirlər Gürcüstan iqtisadiyyatını sındıra bilmədi.Əksinə, daxili resurslara yönəli diqqəti gücləndirdi. DünyaBankının məlumatına görə, 2023–2024-cü illərdə Gürcüstanın ÜDMartım tempi sabit şəkildə 6 faizi ötüb, bu isə artıq Aİ-yəinteqrasiya olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin birçoxundan yüksəkdir. BVF vurğulayır ki, dövlət borcunun ÜDM-ənisbəti baxımından Gürcüstan regionun ən sabit göstəricilərindənbirinə malikdir. BMT-nin hesabatlarında isə elektron demokratiya vəantikorrupsiya təcrübəsi sahəsində institusional inkişaf xüsusiqeyd olunur. Bu faktlar göstərir: inteqrasiya yeganə uğur alətideyil, real iqtisadiyyat və güclü institutlar əsasında müstəqilinkişaf da az nəticə vermir.

Bununla yanaşı, Brüssel tərəfindən formalaşdırılan narrativi dəgörməmək olmaz. "Sülh layihəsi" ideyası təhlükəsizlik və rifah vədetsə də, əslində Gürcüstanı risk zonasına çəkmək cazibəsinigizlədir. Burada faktiki olaraq "ikinci cəbhə" qurmaqdan söhbətgedir və bu ssenari Ukrayna nümunəsindən çox yaxşı məlumdur. Fransaprezidenti Emmanuel Makronun yaxınlarda "sülh naminə Ukraynaərazilərindən imtina edə bilər" deməsi Avropa ritorikasının əsasparadoksunu açdı. Gürcüstandan vaxtilə bütövlüyü uğrunda mübarizəaparmaq tələb olunmuşdu, indi isə Kiyevi itki ilə barışmağainandırırlar.

Siyasi fəlsəfədə bunu "dəyər" və "qiymət" kateqoriyalarıarasındakı uçurum kimi izah etmək olar. Qərb strategləri üçünGürcüstanın ərazi bütövlüyü yalnız Rusiyaya təzyiq aləti olduğumüddətdə dəyərli idi. Amma məsələ gürcülərin başqa münaqişədəiştirak üçün ödəməli olduğu qiymətə gələndə, bu dəyər asanlıqlaucuzlaşır.

Gürcüstan üçünsə qiymət və dəyər bölünməzdir. Dəyər - onunsuverenliyi, milli kimliyi və sosial sabitliyidir. Qiymət - bunlarıqorumaq naminə çəkiləcək qurbanlardır. Tbilisinin əsas seçimi dəbudur: xarici zəmanət illyuziyalarından imtina etmək,strategiyasını daxili güc, milli konsolidasiya və rasional hesabüzərində qurmaq.

Deməli, avrointeqrasiya dilemması "Aİ-də olmaq və ya olmamaq"məsələsi deyil. Söhbət Gürcüstanın istəklə imkan, qiymətlə dəyərarasındakı sərhədi necə müəyyən edəcəyindən gedir. Onun tariximissiyası da məhz bundadır - beynəlxalq siyasətdə obyekt yox,subyekt olmaq.

Müasir Gürcüstan təkcə geosiyasi və iqtisadi təzyiqin deyil, həmdə aksioloji toqquşmanın - dəyərlər müharibəsinin mərkəzinə düşüb.Bu qarşıdurma nə neft tonları ilə, nə ÜDM faizləri ilə, nə dəticarət dövriyyəsinin həcmi ilə ölçülür. Burada söhbət cəmiyyətədemokratiyanın klassik, liberal-siyasi mənasına və ya iqtisadiinkişafa birbaşa aidiyyəti olmayan normaların və standartlarınzorla qəbul etdirilməsindən gedir.

Hollandiya nümunəsi - MATRA proqramının dayandırılması - bubaxımdan əlamətdardır. Formal əsas kimi gürcü hakimiyyətinin"sosial gündəmlə" bağlı mövqeyi göstərildi. Amma mahiyyət etibariləGürcüstandan öz mədəni kodundan imtina etmək, kimlik və ailəməsələlərində Qərbin dəyərlər standartlarını qəbul etmək tələbolunur. Bu isə sadəcə siyasi şərt deyil - əsrlər boyu imperiyalarıntəzyiqi altında özünü qorumağı bacarmış, pravoslav ənənəsini vəmədəni özünəməxsusluğunu saxlamış gürcü cəmiyyətinə yönəlmiş dərinçağırışdır.

Aksiologiya burada hakimiyyət alətinə çevrilir: vizasız rejim vəya qrant proqramlarının davamı birbaşa ideoloji itaətləəlaqələndirilir. Belə yanaşma beynəlxalq hüququn əsas məntiqinidağıdır, çünki suverenlik prinsipi tərəflərin bərabərliyini nəzərdətutur, "müəllim–şagird" iyerarxiyasını yox. Qərb tərəfdaşlarıtələblərini ultimatum formasında irəli sürdükdə, bu artıqəməkdaşlıq deyil, paternalizmə çevrilir.

Tbilisi meri Kaxa Kaladzenin "Qərbin Gürcüstana sonsuz sevgisibarədə söhbətlər böyük yalandır" sözləri ictimai əhval-ruhiyyənintəcəssümünə çevrildi. Bu, populist ritorika yox, məyusluqsimptomudur: gürcülər görürlər ki, Qərbin real gündəliyi getdikcədaha çox iqtisadiyyat və təhlükəsizliyə dəstəkdən ibarət deyil,ənənəvi gürcü cəmiyyətinə yad modellərin zorla qəbuletdirilməsindən ibarətdir.

Gürcüstan qarşısında ekzistensial bir dilemma dayanır: oyunun buqaydalarını qəbul edib öz kimliyinin mühüm hissəsini itirmək, yaxudda mədəni özünü müəyyənləşdirmə hüququnu müdafiə etmək - hətta bu,xarici dəstəyin azalması ilə nəticələnəcəksə belə. Mahiyyətetibarilə bu, ekzistensial seçimdir. Geosiyasi qərarları güclərinbalansı ilə, iqtisadi qərarları isə investisiya praqmatizmi iləizah etmək olar. Amma aksioloji münaqişə kollektiv şüurundərinliklərinə toxunur.

Fəlsəfədə buna "autentiklik uğrunda mübarizə" deyilir. Almanfilosofu Yurgen Habermas qeyd edirdi ki, müasirliyin böhranı yalnızdemokratiya çatışmazlığında deyil, həm də cəmiyyətin dəyərlərtəməlindəki aşınmadadır. Gürcüstan üçün bu tezis birbaşa mənadaşıyır: mədəni nüvəni qorumaq milli varlığın şərtinə çevrilir.

Müasir gürcü siyasəti balans axtarışıdır. "Gürcü Arzusu"partiyası göstərir ki, birbaşa itaətdən imtina etməklə təcridəyuvarlanmamaq da mümkündür. Pragmatizm çağırışı Qərbləəməkdaşlıqdan imtina deyil, hörmət tələbidir. Çünki həqiqi ittifaqgüclünün zəifi assimilyasiyası üzərində yox, bərabərlik üzərindəqurulur.

Beynəlxalq nəzəriyyə baxımından Gürcüstan "yüksək muxtariyyətəmalik kiçik dövlət" modelində hərəkət edir. Bu model "bayraqdarınarxasınca gedən" klassik kiçik dövlət obrazından fərqlənir. Tbilisiöz "gəmisini" qurmağa çalışır - böyük olmasa da, davamlı, dünyasiyasətinin fırtınalarına tab gətirə bilən.

Məhz buna görə də Gürcüstanın nümunəsi postsovet məkanındakıdigər dövlətlər üçün əhəmiyyətli olur. Azərbaycandan tutmuş MərkəziAsiyaya qədər hər yerdə eyni sual gündəmdədir: ölkə eyni vaxtda həmdünyaya açıq, həm də özünə sadiq qala bilərmi? Gürcüstan bu sualamüsbət cavab verir.

Başqalarının müharibələri uğrunda qiymət ödəməkdən imtina,efemer bonuslar naminə kimlikdən vaz keçməmək - bunlar zəiflikəlaməti deyil. Bu, strateji müdrikliyin təzahürüdür. Böyük güclərinbelə sistem böhranları astanasında dayandığı bir dünyada məhz beləqərarlar uzunmüddətli dayanıqlığın zəmanətinə çevrilir.

Chosen
31
4
az.trend.az

5Sources