Ləğv prosesində olan “Baku Food Center” QSC səhmlərinin dövriyyədən çıxarılmasını elan edib.
FED.az xəbər verir ki, bu barədə qərar 20 iyul 2025-ci il tarixli, 07/25 nömrəli protokola əsasən rəsmiləşdirilib.
Məlumata görə, “Baku Food Center” QSC 29 may 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkət 2 min manat nizamnamə kapitalına malikdir . Qanuni təmsilçi qismində hazırda Fəxrəddin İsgəndərzadə Faiq oğludur.
Hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov Rayonu, Yusif Vəzir Çəmənzəminli, ev.36A-dır