AZ

“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır

Ləğv prosesində olan “Baku Food Center” QSC səhmlərinin dövriyyədən çıxarılmasını elan edib.

FED.az xəbər verir ki, bu barədə qərar 20 iyul 2025-ci il tarixli, 07/25 nömrəli protokola əsasən rəsmiləşdirilib.

Məlumata görə, “Baku Food Center” QSC  29 may 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkət 2 min manat nizamnamə kapitalına malikdir . Qanuni təmsilçi qismində hazırda Fəxrəddin İsgəndərzadə Faiq oğludur.

Hüquqi ünvanı AZ1052, Bakı Şəhəri Nərimanov Rayonu, Yusif Vəzir Çəmənzəminli, ev.36A-dır

Seçilən
31
fed.az

1Mənbələr