EN

Ukraynada MiQ-29 qırıcısı qəzaya uğradı - pilot öldü

Ukraynada MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

    Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin MiQ-29 qırıcısı döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı qəzaya düşüb. Hadisə nəticəsində pilot həlak olub.

    “2025-ci il avqustun 23-nə keçən gecə 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən həlak olub”, – məlumatda qeyd olunub.

    Qəzanın səbəbləri araşdırılır.

    Chosen
    1
    23
    bakivaxti.az

    10Sources