Ukraynada "MiQ-29" qırıcısı qəzaya uğrayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin "MiQ-29" qırıcısı döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş zamanı qəzaya düşüb.
Hadisə nəticəsində pilot həlak olub.
“2025-ci il avqustun 23-nə keçən gecə 1979-cu il təvəllüdlü mayor Sergey Viktoroviç Bondar döyüş tapşırığını yerinə yetirdikdən sonra eniş edərkən həlak olub”, – məlumatda qeyd olunub.
Qəzanın səbəbləri araşdırılır.
“Cebheinfo.az”