EN

Bu qərar Zelenskiyə baha başa gələ bilər - Britaniya nəşri

Ukrayna Prezidenti Vladimir Zelenski balanslaşdırılmış qərar verməlidir, lakin onun etdiyi istənilən seçim ölkə üçün təhlükə ilə doludur.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Spiked” nəşrində yayımlanan məqalədə bildirilir.

"ABŞ və Avropanın kifayət qədər dəstəyi olmadan hərbi əməliyyatların davam etdirilməsi Ukraynaya Rusiyanın nəzarəti altında olan ərazilərdən qat-qat baha başa gələ bilər. Zelenski üçün istənilən seçim təhlükə ilə doludur", - deyə qeyd edilib.

Nəşr vurğulayır ki, Zelenski sülh və ya döyüşlərin davam etdirilməsi ilə bağlı balanslaşdırılmış qərar qəbul etməli olacaq.

Chosen
8
axar.az

1Sources