EN

Tramp Epşteyn işi üzrə sənədlərin Konqresə göndərilməsini dəstəklədi

ABŞ prezidenti Donald Tramp uşaqlara təcavüz və bu qəbildən digər ağır cinayətlərdə təqsirli bilinən maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialların ABŞ Ədliyyə Nazirliyi tərəfindən Konqresə təqdim edilməsini dəstəkləyib.

Publika.az xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərə bildirib.

“Günahsız insanlar incidilməməlidir, lakin mən bu məsələdə tam şəffaflığın tərəfdarıyam. Məni qətiyyən maraqlandırmır. Bu barədə heç nə bilmirəm. Amma mən baş prokuror Pem Bondiyə və hər kəsə dedim ki, qanunvericilərə təqdim edə biləcəkləri hər şeyi təqdim etsinlər. Bu materiallarda buna layiq olmayan bir çox insanın adı qeyd oluna bilər”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.

Chosen
15
3
publika.az

7Sources