EN

“Alkarasla rəqabət məni gücləndirir”

İtaliyalı tennisçi, dünya birincisi Yannik Sinner, “Böyük Dəbilqə” turnirlərində ispaniyalı Karlos Alkarasla üçüncü ardıcıl finalın mümkünlüyü barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli tennisçi bu barədə mətbuat konfransında bildirib:

“Əgər inkişaf etməsək, digərləri bizi tutacaq – bu sadəcə zaman məsələsidir. Ona görə də daim hansı sahələrdə yaxşılaşa biləcəyimi düşünürəm. Oyunumuzun bəzi aspektləri üzərində işləmək lazımdır. Bu məni gücləndirir və gələcəyə hazır edir. Rəqabət olması çox vacibdir – həm idman, həm də şəxsi inkişaf üçün faydalıdır. Bəzən məşqlərdə yorulduqda, oyunda baş verə biləcək vəziyyətləri təqlid etməyə çalışıram.

Hazırda Karlosla böyük titularda yarışırıq, amma bu dəyişə bilər. Turda çox güclü oyunçular var və finala çıxmaq asan deyil. Görək bu davam edəcəkmi. Digər tərəfdən, hər zaman deyirəm ki, inkişaf etmək lazımdır, çünki rəqiblər artıq oyun stilimizi bilir. Gələcəkdə nə olacağını görəcəyik.”

. Qeyd edək ki, 2025-ci ilin Fransa Açıq turnirinin qalibi Alkaras, "Wimbledon-2025"in isə Sinner olub.

Chosen
38
90deqiqe.az

1Sources