Avropa İttifaqı “Müstəqillik Günü üçün” Ukraynaya ümumilikdə 4,05 milyard avro məbləğində iki tranş köçürüb.
AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) məlumat yayıb. Bildirilir ki, bunun 1 milyard avrosu Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdir.
"Avqustun 24-də Ukraynanın Müstəqillik Günü münasibətilə Aİ Ukraynaya 4,05 milyard avro köçürüb. Buraya Ukraynaya Avropa Dəstək Fondundan 3,05 milyard avro və Avropa Komissiyasının Ukraynaya müstəsna makromaliyyə yardımı proqramı vasitəsilə 1 milyard avro tranş daxildir", - deyə məlumatda bildirilir.
Avropanın İqtisadi və Sosial Məsələlər üzrə Komissarı Valdis Dombrovskis X-də qeyd edib ki, Avropa yurisdiksiyalarında qeyri-qanuni dondurulmuş Rusiyanın suveren aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlərin müsadirə edilməsi yolu ilə 1 milyard avro “makromaliyyə yardımı” əldə edilib.