EN

Tramp Putin-Zelenski görüşündən nəticə gözləmir

Tramp Putin-Zelenski görüşündən nəticə gözləmir

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında mümkün görüş öz-özünə nəticə verməyə bilər.

AFN.az xəbər verir ki, ABŞ prezidenti bu haqda Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. "Baxın, tanqoya iki nəfər lazımdır. Bilirsiniz, mən onların hər ikisi ilə görüşmək istəyirdim. Mən orada ola bilərdim, amma bir çox insan düşünür ki, o görüşdən heç nə çıxmayacaq. Deyirlər sən orada olmalısan. Bəlkə bu, doğrudur, bəlkə də bu, doğru deyil", - deyə Tramp bildirib.

Chosen
6
afn.az

1Sources