EN

“Birinci vitse-prezidentin fəaliyyəti” mövzusunda tədbir keçirilib - Vətən Naminə

">

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin üzvü Zülfüqar Cəfərov bildirib ki, xeyirxahlığı və nəcibliyi, humanizmi və bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan birinci vitse prezident Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdən biridir. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsasını təşkil edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir.

Qeyd olunub ki, 2004-cü ilin mayından Ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan Fonda rəhbərlik edən Mehriban xanım Əliyevanın təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələr, saysız-hesabsız xeyriyyəçilik tədbirləri həm ölkə daxilində, həm də ondan kənarda böyük əks-səda yaradır. Fond yarandığı gündən ictimai-siyasi həyatın bütün sahələrinə dərindən nüfuz etdi, çoxşaxəli layihələri ilə dövlət və vətəndaş həmrəyliyinin bariz nümunəsinə, əsl mərhəmət, şəfqət ünvanına çevrildi, ölkəmizdə xeyriyyəçilik hərəkatına böyük təkan verdi. Onun təhsil, səhiyyə, mədəniyyətlə bağlı layihələri isə mənəvi, tarixi, mədəni irsimizin qorunması işində müstəsna xidmətə malikdir.

Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Chosen
65
4
vetennamine.az

10Sources