EN

Dövlət Xidməti “Temu” ilə bağlı vətəndaşlara xəbərdarlıq edib: Aldadıla bilərsiniz!

Müxtəlif sosial şəbəkələr üzərindən onlayn alış-veriş platforması “Temu”nun adı ilə saxta reklamlar yayılır.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, dələduzlar iş təklifi adı altında vətəndaşları aldadaraq şübhəli keçidlərə yönləndirirlər. Keçiddə qeydiyyat tələb olunur, daha sonra sadə tapşırıqlar icra etdirilir və müəyyən ödənişlər müqabilində yüksək qazanclar vəd edilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, fərdi məlumatlarının təhlükəsizliyini təmin etməyi və hər hansı kampaniya ilə rastlaşdıqda məlumatı yalnız rəsmi mənbədən dəqiqləşdirməyi tövsiyə edir.

MənbəAZƏRTAC
Chosen
13
14
banker.az

10Sources