EN

Hollandiya “Patriot” hava hücumundan müdafiə sistemlərinin üçdə ikisini Polşaya verəcək

Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış bildirib ki, Hollandiya hakimiyyəti krallığın “Patriot” zenit-raket komplekslərinin üçdə ikisini Polşaya təhvil verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Vurğulamaq istərdim ki, Hollandiyada cəmi üç “Patriot” batareyası var və onlardan ikisi Polşaya verilib”,- deyə nazir qeyd edib.

O, Amsterdama respublikanın üzərindəki hava məkanının qorunmasına kömək etmək üçün Varşavanın müraciətinə verdiyi cavaba görə təşəkkür edib.

Chosen
63
1
operativmm.az

2Sources