EN

Lukaşenko: Belarus Ukraynaya hücum etmək fikrində deyil

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Belarus Ukraynaya hücum etmək fikrində deyil və yalnız kənardan hücum edilərsə döyüşəcək.”

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, ABŞ və Ukraynanın razılığa gəlməyəcəyi təqdirdə Belarusun Ukraynaya şimaldan hücum edəcəyi və Rusiya ilə birlikdə hücuma keçəcəyi ilə bağlı şayiələrə münasibət bildirib.

"Bu, qeyri-mümkündür. Bu, bizə nə üçün lazımdır? Biz heç vaxt özümüzə belə məqsədlər qoymamışıq. Yalnız bir halda mübarizə aparacağıq: kimsə bizə hücum edərsə. O zaman biz bütün mümkün və qeyri-mümkün üsullarla mübarizə aparacağıq. Hələlik Ukrayna bizə qarşı döyüşmək fikrində deyil", - dövlət başçısı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
12
azxeber.com

10Sources