EN

Bakının bu hissəsində tıxaca səbəb olan qazıntı işləri nə vaxt bitəcək?VİDEO

Hərəkətin intensiv olduğu yolda təmir işləri aylardır bitmək bilmir.

Xezerxeber.az-ın xəbərinə görə, sürücülər deyirlər ki işlərə yaz aylarında başlanıb. Onların sözlərinə görə, pik saatlarda yolda hərəkər demək olar ki, tam dayanır.

Bəzi sürücülər isə deyirlər ki, yeni tədris ili başlayanadək işlər yekunlaşmasa, yolda vəziyyət daha da acınacaqlı olacaq.

Görülən işlərin nə vaxt başa çatacağını dəqiqləşdirmək üçün əvvəlcə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Lakin qurumdan bildirildi ki, sözügedən ərazidə işlər Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Mənzil İnşaatı Dövlət Agentliyindən isə bildirildi ki, qurumun növbəti böyük layihəsi olan Binəqədi Yaşayış Kompleksinə məişət-kanalizasiya xəttinin çəkilişi işləri müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilir və qısa zaman ərzində tamamlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
40
7
xezerxeber.az

8Sources