ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüşdə iştirak etməməyi üstün tutur.
Manset.az APA-ya istinadən xəbər verir ki, o, bu haqda jurnalistlərə açıqlamasında bildirib.
“Baxaq, görək, Putin və Zelenski bir yerdə işləyə biləcəkmi? Onlar məlum səbəblərə görə bir-biri ilə yaxşı yola getmirlər, amma gözləyək, görək”, - deyə Tramp fikrini tamamlayıb.
Qeyd edək ki, Zelenski Putinlə Donald Trampın iştirakı ilə üçtərəfli formatda görüşmək istədiyini bildirmişdi.