ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Vladimir Zelenskinin o qədər də yaxşı yola getmədiyini deyib.
Bakues.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
“Putin və Zelenskinin birlikdə işləyib-işləməyəcəyini görəcəyik. Bilirsiniz, bu, bir az yağ və sirkə kimidir. Məlum səbəblərə görə çox yaxşı anlaşmırlar. Amma biz görəcəyik”, – Ağ Ev rəhbəri deyib.