EN

“Onlar buz və od kimidirlər” - Trampdan Putin və Zelenski görüşü barədə

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşdə iştirak etməməyi üstün tutacağını bildirib.

Sitat.info xəbər verir ki, bu  barədə “European Pravda” məlumat yayıb.

Ukrayna və Rusiya liderləri arasında görüşün perspektivləri ilə bağlı suala Tramp onların ikisinin birlikdə işləyəcəyini bildirib.

“Bilirsiniz, onlar buz və od kimidirlər. Məlum səbəblərdən o qədər də yaxşı yola getmirlər. Amma biz onların birlikdə işləyəcəyini görəcəyik. Bundan sonra mənim o görüşdə iştirak edib-etməyəcəyim barədə qərar verəcəm”,-deyə Tramp bildirib.

Qeyd edək ki, ötən həftənin cümə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin Zelenski ilə yalnız “zirvə proqramı” hazırlandıqdan sonra görüşəcəyini söyləyib.

Ağ Ev rəhbəri isə iki həftə ərzində Ukraynada sülhün əldə olunması imkanlarını qiymətləndirə biləcəyini gözlədiyini açıqlayıb.

Chosen
13
6
sitat.info

10Sources