EN

Həmyerlimiz Rusiyanın ən ali mükafatını ALDI

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Novosibirsk vilayəti Qanunvericilik Məclisinin sədr müavini, “Birinci Tikinti Fondu”nun baş direktoru olan azərbaycanlı Mais Məmmədov Rusiya Federasiyasının “Vətən qarşısında xidmətlərinə görə” II dərəcəli medalı ilə təltif olunub.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediasında məlumatlar yayılıb.Mükafat soydaşımıza 22 avqustda Rusiya Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli mərasimdə təqdim edilib.“Mənim üçün böyük şərəfdir ki, prezident xalqın adından Rusiyanın ən ali mükafatını mənə təqdim edir. Hesab edirəm ki, bu mükafat həm şəxsimə, həm də komandama verilib. Əlbəttə, bu, çox həyəcanvericidir. Bu, mənim bütün yetkin həyatım boyu mənə dəstək olan hər kəsin xidmətidir”,– deyə Məmmədov mükafatlandırma mərasimində çıxışı zamanı qeyd edib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
2
bizim.media

3Sources