EN

Kralı təhqir edən siyasətçi və milyarderə bəraət verildi

Monarxiyanı təhqir etməkdə ittiham olunan taylandlı milyarder və Krallığın keçmiş baş naziri Taksin Şinavatra bəraət alıb. 

Bakıvaxtı.az xəbər verir ki, siyasətçini 15 ilə qədər həbs cəzası gözləyirdi.

Qəzetin yazdığına görə, siyasətçiyə qarşı ittihamların götürülməsinə baxmayaraq, o və ailəsi hələ də hüquqi təhdidlərlə üzləşirlər.

NYT-nin məlumatına görə, Şinavatra xəstəxananın VİP palatasında müalicə aldığı üçün istintaq zamanı həbsdən yayınıb.

May ayında Şinavatra müsahibəsində ölkə kralı Vajiralonqkornu (X Rama) təhqir etdiyi üçün məhkəmə qarşısına çıxarılıb. İttiham tərəfinin iddiasına görə, Şinavatra Cənubi Koreyanın "Çosun İlbo" qəzetinə müsahibəsində monarxiyanı ləkələyib. Həmin vaxt o bəyan etmişdi ki, Məxfi Şuranın (Tayland kralının məsləhətçi orqanı) üzvləri keçmiş baş nazirin kiçik bacısı Yinqlak Şinavatranın başçılıq etdiyi hökuməti devirən 22 may 2014-cü il dövlət çevrilişini dəstəkləyiblər. 2006-cı ildə hökumətini devirən hərbi çevrilişdən sonra 2023-cü ildə ölkəni tərk edən Şinavatra Taylanda qayıdıb. Qeyd olunur ki, hərbi çevrilişdən sonra Şinavatra bir sıra korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə vətənində həbs cəzasına məhkum edilib.

Chosen
8
6
bakivaxti.az

7Sources