EN

Millimizin səfər matçının yeri dəyişdirildi

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

News24.az xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb. 

AFFA-dan  verilən məlumata görə, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.

Chosen
96
30
news24.az

10Sources