AZ

Ukrayna - Azərbaycan oyununun yeri dəyişdirildi

Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

Axar.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüşü Krakov şəhərinin “Krakoviya” stadionuna təyin edib. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, daha əvvəl oyunun Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilməsi planlaşdırılırdı.

Seçilən
29
30
axar.az

10Mənbələr