EN

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 22-də Çin Yol və Körpü Korporasiyasının prezidenti Vanq Lijun ilə görüşüb.

Olaylar xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturu sahəsində görülən işlər, xüsusilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sıxlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət açılıb.

Çin Yol və Körpü Korporasiyası ilə mümkün əməkdaşlıq məsələlərinə toxunulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
38
34
olaylar.az

10Sources