AZ

Əli əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Əli

Azərbaycan Baş naziri Əli Əsədov avqustun 22-də Çin Yol və Körpü Korporasiyasının prezidenti Vanq Lijun ilə görüşüb.

Nazirlər Kabinetindən Reyting.az-a verilən məlumata görə, görüşdə Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturu sahəsində görülən işlər, xüsusilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sıxlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət açılıb.

Həmçinin görüş zamanı Çin Yol və Körpü Korporasiyası ilə mümkün əməkdaşlıq məsələlərinə toxunulub.
Seçilən
39
34
reyting.az

10Mənbələr