EN

Rusiyada yeni qadağa: Artıq bu da mümkün olmayacaq

Sentyabrın 1-dən etibarən Rusiya Mərkəzi Bankının yeni tənzimləməsinə əsasən, banklar şübhəli hesab edilən nağd pul çıxarma əməliyyatlarına məhdudiyyət tətbiq edə biləcəklər.

"Cebheinfo.az" xəbər verir ki, qaydalara görə, müştərinin qeyri-adi saatlarda və ya alışılmamış yerlərdə pul çıxarma cəhdləri diqqətlə izlənəcək.

Şübhəli əməliyyatlara aşağıdakılar daxildir: şəxsin adətən istifadə etmədiyi üsullarla (məsələn, QR kod vasitəsilə) pul çıxarmağa çalışması, qısa müddət əvvəl intensiv telefon danışıqları aparması və ya naməlum nömrələrdən mesajlar alması.

Həmçinin kredit götürüldükdən dərhal sonra və ya kart limitinin artırılmasından sonrakı ilk 24 saat ərzində edilən pul çıxarılması da riskli sayılacaq.

Mərkəzi Bank əlavə olaraq bildirir ki, digər bankdan sürətli pul köçürmə sistemi (SBP) vasitəsilə 200 min rubldan çox məbləğdə pul köçürülməsi və ya eyni məbləğdə əmanətin vaxtından əvvəl bağlanması da şübhəli göstərici kimi qiymətləndiriləcək.

İnternet bankçılığına giriş üçün istifadə olunan telefon nömrəsinin dəyişdirilməsi və ya cihazda zərərli proqram təminatının olması da məhdudiyyətə səbəb ola biləcək digər amillər sırasındadır.

Bu meyarlardan biri aşkarlandığı halda, banklar 48 saat ərzində ATM-lərdən ediləcək pul çıxarılmasına gündəlik 50 min rubl limit tətbiq edəcək və müştərini məlumatlandıracaq.

Chosen
17
1
cebheinfo.az

2Sources