EN

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb » AzadMedia.az


Azərbaycanın Baş naziri Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti Vanq Lijun ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturu sahəsində görülən işlər, xüsusilə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərdaxili sıxlığın azaldılması və geniş nəqliyyat şəbəkəsinin qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə söhbət açılıb.

Çin Yol və Körpü Korporasiyası ilə mümkün əməkdaşlıq məsələlərinə toxunulub.
Chosen
46
34
azadmedia.az

10Sources