Hurriyyet.az xəbər verir ki, "Hraparak” qəzetinin İrəvan hökumətindəki mənbələrə istinadla verdiyi məlumata görə, Rusiya Zəngəzur dəhlizinin işə salınmasının nəticələri ilə bağlı Ermənistana xəbərdarlıq edib. Qəzetin yazdığına görə, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bir gün əvvəl Ermənistana səfər etdiyi zaman Nikol Paşinyanla “xoşagəlməz söhbət” edib.
Mənbənin sözlərinə görə, rəsmi Tehran kimi Moskva da Paşinyanın vədlərinə inanmır. Bu səbəbdən xəbərdarlıq edilib ki, Paşinyanın Vaşinqtonda imzaladığı bəyannamənin Avrasiya İqtisadi İttifaqının (Aİİ) əsas prinsiplərinə, xüsusən də vahid gömrük nəzarəti qaydalarına zidd olduğu üzə çıxarsa, Ermənistan bu təşkilatda problemlərlə qarşılaşacaq.
Hürr Tərcüman