EN

Ağdam və Cəbrayılda sənaye parkları sürətlə böyüyür - Yarım milyarda yaxın məhsul istehsalı, minlərlə iş yeri (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixliFərmanı ilə yaradılan Ağdam Sənaye Parkında investisiya portfeli285 milyon manatdan çox olan 30 rezident və 4 qeyri-rezidentqeydiyyatdan keçib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadiZonaların İnkişafı Agentliyindən məlumat verilib.

Məlumata görə, rezident sayına görə ölkə üzrə ikinci yerdə olansənaye parkında sahibkarlar tərəfindən görülmüş işlərə 138 milyonmanata yaxın investisiya yatırılıb, 900-dən artıq daimi iş yeriyaradılıb. Bildirilib ki, işlə təmin edilənlərin çoxu Ağdam vəətraf rayonların sakinləridir.

"Sənaye Parkında fəaliyyətə başladığı müddətdən indiyədəktəxminən 500 milyon manat dəyərində məhsul istehsal olunub, bununtəxminən 18 milyon manatlıq hissəsi ixrac edilib. Burada əsasəntikinti materiallarının, tütün məmulatlarının, müxtəlif növayaqqabıların, havalandırma, yanğınsöndürmə və metalməmulatlarının, dəmiryolu avadanlıqlarının, elektirkavadanlıqlarının və s. istehsalı həyata keçirilir. İstehsal edilənməhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılantikinti-quraşdırma işlərində geniş istifadə edilir.

Ağdam Sənaye Parkının əksər hissəsi sahibkarların istifadəsinəverilib. Parkın qalan əraziləri üzrə sahibkarlardan investisiyamüraciətlərinin qəbulu hazırda davam edir", - deyə murat qeydedilib.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr2021-ci il tarixli Fərmanı ilə yaradılan “Araz Vadisi İqtisadiZonası” Sənaye Parkında ümumi investisiya portfeli 150 milyonmanata yaxın 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isəqeyri-rezident kimi qeydiyyatdan keçib: "Cəbrayıl rayonundayerləşən sənaye parkında sahibkarlar tərəfindən indiyədək 3,4milyon manatlıq, həmçinin bu ilin I yarısında 2,7 milyon manatlıqməhsul satışı edilib.

Ərazisi 200 hektar olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkılogistika baxımından strateji əhəmiyyətə malik Cəbrayıl rayonunda,yeni salınan magistral avtomobil və dəmir yollarının üzərindəyerləşir. Sənaye parkının əsas fəaliyyət istiqamətləri logistika vəticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satışobyektləri, TIR parkı, yanacaqdoldurma, avtomobil və digərtexnikaların təmiridir".

Qeyd edək ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafıüçün əlverişli mühit yaradılıb. Sənaye parkının rezidentləri dövlətvəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su,kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yollarıxətləri ilə təmin edilirlər. Parkın rezidentləri qeydiyyataalındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlirvergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnolojiavadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrükrüsumundan tam azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənayeparklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusigüzəştli bank kreditləri, sosial sığorta ödənişlərininsubsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxalolunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tamazadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.

Sənaye parklarında rezident kimi qeydiyyatdan keçmək istəyənsahibkarlar İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadiZonaların İnkişafı Agentliyinə müraciət edə bilərlər.

Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Məqalədə:
Chosen
29
3
az.trend.az

7Sources