EN

Boya zavodunda nə qədər ərazi yanıb? – Yenilənib


Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodundakı yanğın tam söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib.
“Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m. olan 2 ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3500 kv.m. olan digər 9 ədəd obyekt yanğından mühafizə olunub”, - məlumatda deyilir.

***14:11
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən boya istehsalı zavodundakı yanğın daha da genişlənərək digər obyektlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.


***12:25
Yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda baş verən yanğının yayılmasının qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in məlumatında deyilir.
Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


***11:18
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
“Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.
Chosen
37
9
yeniavaz.com

9Sources