EN

Qobuda içməli su istehsalı müəssisəsinin fəaliyyəti dayandırıldı

BAKI, 22 avqust. TELEQRAF

Qobuda “Ayna Su” MMC-yə məxsus içməli su istehsalı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, monitorinq zamanı Abşeron rayonu, Qobu qəsəbəsi, B.Səfəroğlu küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, “Ayna Su” MMC-yə məxsus içməli su istehsalı müəssisəsində 19 litrlik sudan götürülmüş nümunənin müayinəsi nəticəsində uyğunsuzluq aşkarlanıb.

Bununla əlaqədar müəssisədə keçirilmiş plandankənar yoxlama zamanı temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavanın tamlığının pozulduğu müəyyən edilib.

Aşkarlanmış uyğunsuzluq, eləcə də sanitar-gigiyenik və sanitar-texniki nöqsanlarla bağlı müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.

Chosen
15
4
teleqraf.com

5Sources