Türkiyənin məşhur müğənnisi Ferhat Göçer yenidən Bakıya gəlir.
Dərgi.az xəbər verir ki, sənətçi oktyabrın 18-i ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında sevənlərinin qarşısısına çıxacaq.
Konserti tanınmış təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkəti edir.
Qeyd edək ki, pop və opera tərzində mahnılar ifa edən sənətçi 11 may 1970 – ci ildə Türkiyənin Birecik əyalətində dünyaya gəlib.
O, 2012-ci ilin noyabr ayından UNICEF-in Türkiyə üzrə Xoşməramlı səfiridir.
Musiqi karyerası ilə yanaşı, cərrah olan Göçer 2017-ci ildə 25 illik həkimlik həyatından ayrılaraq sırf musiqi ilə məşğul olmağa davam edib.