EN

Macarıstan və Slovakiya Avropa Komissiyasını Ukraynanı “Drujba” neft kəmərinə hücumlardan çəkindirməyə çağırıb

Macarıstan və Slovakiya Avropa Komissiyasını Ukraynanı “Drujba” neft kəmərinə hücumları dayandırmağa məcbur etməyə çağırıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstan və Slovakiya xarici işlər nazirlərinin birgə məktubunda qeyd olunub.

Nazirlər “Drujba” neft kəməri olmadan ölkələrinin neftlə təhlükəsiz təminatının mümkün olmadığını diqqətə çatdırıb.

Bildirilib ki, avqustun 22-də Ukrayna ordusu tərəfindən boru kəmərinə edilən növbəti hücumlar nəticəsində Rusiyadan Macarıstan və Slovakiyaya neft tədarükü azı 5 gün dayandırıla bilər.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl də Ukrayna Silahlı Qüvvələri “Drujba” neft kəmərinə hücum həyata keçirmişdi.

Nəticədə Slovakiya və Macarıstana neft tədarükündə iki günlük fasilə yaranmışdı.

Chosen
33
5
apa.az

6Sources