AZ

Macarıstan və Slovakiya Avropa Komissiyasını Ukraynanı dayandırmağa çağırıb

Macarıstan və Slovakiya Avropa Komisyasını Ukraynanı “Drujba” neft kəmərinə hücumları dayandırmağa məcbur etməyə çağırıb.

APA “TASS” a istinadən xəbər verir ki, bu barədə Macarıstan və Slovakiya xarici işlər nazirlərinin birgə məktubunda qeyd olunub.

Nazirlər “Drujba” neft kəməri olmadan, ölkələrinin neftlə təhlükəsiz təminatının mümükün olmadığını diqqətə çatdırıb.

Bildirilib ki, avqustun 22-də Ukrayna ordusu tərəfindən boru kəmərinə edilən hücumlar nəticəsində Rusiyadan Macarıstan və Slovakiyaya neft tədarükü azı 5 gün dayandırıla bilər.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl də Ukrayna Silahlı Qüvvələri “Drujba” neft kəmərinə hücum həyata keçirmişdi.

Nəticədə Slovakiya və Macarıstana neft tədarükündə iki günlük fasiə meydana çıxmışdı.

Seçilən
23
5
apa.az

6Mənbələr