Avropa İttifaqının (Aİ) Azərbaycandakı keçmiş səfiri Peter Mixalko diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar ölkəni tərk edib.
Ölkə.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, diplomat Azərbaycanı bu gün səhər saatlarında tərk edib.