Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir.
Report xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.
Kamran Əliyev bildirib ki, ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması bu ilin ən mühüm hadisələrindən biridir: "Bu hadisə Azərbaycanın suveren hüquqlarının beynəlxalq aləmdə tam şəkildə tanınmasının təsdiqidir. Bu diplomatik uğur ölkəmizin artan nüfuzunun, Prezident İlham Əliyevin qətiyyətli və hərtərəfli siyasətinin nəticəsidir".