EN

Ukrayna Rusiya tərəfindən zorla sərhədə aparılan vətəndaşlarını geri qaytarıb - Foto

Ukrayna

Ruslar tərəfindən zorla Gürcüstanla sərhədə aparılan 65 ukraynalı ölkəsinə qaytarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın Daxili işlər naziri İqor Klimenko Telegram-da bildirib.

“Terrorçu dövlət beynəlxalq və humanitar hüquq normalarını növbəti dəfə pozur. Bəziləri cəza çəkən, bəziləri itkin düşmüş hesab edilən Ukrayna vətəndaşları ruslar tərəfindən Gürcüstanla sərhəd məntəqəsindəki bufer zonaya çatdırılıb”,- nazir açıqlamasında bildirib.



Onun sözlərinə görə, insanlar sənədsiz, dolanışıqsız, lazımi qida və tibbi xidmətdən məhrum olublar.

“Onlar mahiyyətcə taleyin ümidinə buraxılıblar. Və bu gün Ukrayna prezidentinin göstərişi ilə 65 vətəndaş, o cümlədən 10 qadın və 8 ağır xəstər Ukraynaya qaytarılıb”,- deyə Klimenko bildirib.

Nazir əlavə edib ki, bu, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Ukrayna Təhlükəsizlik Xidməti, habelə Moldova və Gürcüstanın hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti sayəsində mümkün olub.

E. KAMAL
Chosen
22
1
reyting.az

2Sources