ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Ruslar tərəfindən zorla Gürcüstanla sərhədə aparılan 65 ukraynalı ölkəsinə qaytarılıb. Reyting.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili işlər naziri İqor Klimenko Telegram-da bildirib.“Terrorçu dövlət beynəlxalq və humanitar hüquq normalarını növbəti dəfə pozur. Bəziləri cəza çəkən, bəziləri itkin düşmüş hesab edilən Ukrayna vətəndaşları ruslar tərəfindən Gürcüstanla sərhəd məntəqəsindəki bufer zonaya çatdırılıb”,- nazir açıqlamasında bildirib.Onun sözlərinə görə, insanlar sənədsiz, dolanışıqsız, lazımi qida və tibbi xidmətdən məhrum olublar.“Onlar mahiyyətcə taleyin ümidinə buraxılıblar. Və bu gün Ukrayna prezidentinin göstərişi ilə 65 vətəndaş, o cümlədən 10 qadın və 8 ağır xəstər Ukraynaya qaytarılıb”,- deyə Klimenko bildirib.Nazir əlavə edib ki, bu, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Ukrayna Təhlükəsizlik Xidməti, habelə Moldova və Gürcüstanın hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti sayəsində mümkün olub.E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.