EN

MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olunub

Laçın. Trend:

MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzinyaradılması təklif olunub.

Trendxəbər verir ki, bunu Laçında Baş Prokurorluq tərəfindən beynəlxalqkonfransda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının ƏlaqələndirməŞurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov deyib.

Onun sözləri görə, müasir dövr həm cəmiyyətin, həm dəprokurorluq orqanlarının qarşısında yeni çağırışlar gətirir.Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, mülkiyyəthüquqları sahəsində pozuntular – bütün bunlar dövrün çağırışlarıdırvə prokurorluq bu təhlükəli təzahürlərlə mübarizənin ön cəbhəsindədayanır.

“Kiberməkanda baş verən cinayətkarlıqla mübarizənin vacibliyinixüsusilə vurğulamaq istəyirəm. Kibercinayətkarlıq inkişaf etmişölkələrdən inkişa fetməkdə olan ölkələrə qədər demək olar ki, bütündövlətlərin bəlasına çevrilmişdir, vətəndaşlardan – ən zənginindənən kasıbına qədər, onun hədəfi isə maddi vəziyyətindən asılıolmayan bütün vətəndaşlar, həmçinin korporasiyalar və hətta bütövdövlətlərdir! Biz hamımız kibercinayətkarlarla mübarizəsahəsindəuğurlu təcrübələrin, məlumatların mübadiləsi, MDB-yə üzvdövlətlərin prokurorluq əməkdaşlarının qarşılıqlı ixtisasartırmasıistiqamətində səylərimizi birləşdirməliyik.

Cinayətkarlığa qarşı mübarizədə həmkarlarım üçün müxtəlifölkələrin qanunvericiliklərini və təcrübələrini öyrənmək imkanınıverən vahid mərkəzin yaradılması məsələsini qaldırmağı zəruri hesabedirəm”.

Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının BaşProkurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqilAzərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalqkonfrans keçirilir. Baş prokuror Kamran Əliyev, Laçın rayonundaAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, MDB-yəüzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçıkatibi Yuri Nikolayeviç Jdanov və onun müavini AbduraxmonXotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin BaşProkurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar,eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani,Baş Prokurorluğun rəhbər heyəti, Baş prokuror yanında Elmi-MəsləhətŞurasının üzvləri, ərazi və ixtisaslaşdırılmış prokurorlar, eləcədə digər qonaqlar iştirak edirlər.

Məqalədə:
Chosen
17
11
az.trend.az

10Sources