EN

Ermənistana qaz nəqli dayandırılıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurətidir.

Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, bu barədə "Qazprom Ermənistan" şirkətindən məlumat verilib.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq, bununla əlaqədar avqustun 22-si səhər saat 6:00-dan etibarən qaz tədarükü 24 saat müddətinə dayandırılacaq", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü sayəsində təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
6
oxu.az

10Sources