Ukrayna dronları yenidən Rusiyanın neft infrastrukturunu hədəfə alıb.
Axar.az xəbər verir ki, bu barədə “Madyar” ləqəbli ukraynalı komandir Robert Brovdi məlumat yayıb.
Məlumatda bildirilir ki, Bryansk vilayətində yerləşən “Uneça” neft nasos stansiyasına gecə saatlarında dron hücumu həyata keçirildiyini bildirib.
Bu obyekt “Drujba” neft kəmərinin əsas mərkəzlərindən biridir.
Macarıstan xarici işlər naziri Peter Siyarto “Drujba”ya endirilən zərbələrdən sonra Macarıstana neft tədarükünün dayandırıldığını bildirib.
Qeyd edək ki, “Drujba” neft kəməri Ukrayna tərəfindən vurulmuşdu.