Bakı, 22 avqust, AZƏRTAC
Bu gün Misli Premyer Liqasında II tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “İmişli” və “Neftçi” komandaları çıxacaq.
Şamaxı şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında son çempion “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. "Azərsun Arena"da təşkil olunacaq matçın start fiti saat 19:30-da səslənəcək.
Qeyd edək ki, turun digər oyunları avqustun 23, 24 və 25-də olacaq.