AZ

Premyer Liqa: “İmişli” – “Neftçi” oyununda qalib müəyyənləşməyib

Misli Premyer Liqasında II turun açılış oyununda “İmişli” “Neftçi” ilə bərabərə qalıb.

Tribunainfo.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.

Bununla da paytaxt təmsilçisi mövsümdə ardıcıl ikinci dəfə heç-heçəyə imza atıb. Bölgə kollektivi isə Premyer Liqada ilk xalını qazanıb.

Günün digər matçında “Qarabağ” “Sumqayıt”ı sınağa çəkəcək. Oyun “Azərsun Arena”da, saat 19:30-da başlayacaq.

Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 23, 24 və 25-də keçiriləcək.

Seçilən
18
6
tribunainfo.az

10Mənbələr