EN

Misli Premyer Liqası: “Neftçi” səfərdə, “Qarabağ”a evdə oynayacaq

Bakı, 22 avqust, AZƏRTAC

Bu gün Misli Premyer Liqasında II tura start veriləcək.

AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “İmişli” və “Neftçi” komandaları çıxacaq.

Şamaxı şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq.

Günün ikinci qarşılaşmasında son çempion “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. "Azərsun Arena"da təşkil olunacaq matçın start fiti saat 19:30-da səslənəcək.

Qeyd edək ki, turun digər oyunları avqustun 23, 24 və 25-də olacaq.

Chosen
32
16
azertag.az

10Sources