EN

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

 

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

 

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Tarix: 22 Avqust 2025, 09:25   
Chosen
7
42
pravda.az

10Sources