EN

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edildi

Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.

Chosen
4
42
unikal.az

10Sources